Siyasət

Abel Məhərrəmovun qardaşı Prezident Administrasiyasında vəfat edib

1 dəqiqə
Abel Məhərrəmovun qardaşı Prezident Administrasiyasında vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) rektoru, keçmiş deputat Abel Məhərrəmova ağır itki üz verib. 

Abzas.net xəbər verir ki, Abel Məhərrəmovun qardaşı Məhərrəm Məhərrəmov yanvarın 6-da vəfat edib. Onun bir ay öncə ürəyindən əməliyyat olunduğu bildirilir.

Məhərrəm Məhərrəmov 1956-cı ildə anadan olub. O, Prezident Adminstrasiyasında məsul vəzifədə idi.

O, 2008-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb. Eyni zamanda 2016-cı ildə ölkə başçısının sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Məlumata görə, Məhərrəm Məhərrəmov Prezident Administrasiyasındakı iş otağında ürək tutmasından vəfat edib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun