Siyasət

KXDR və Cənubi Koreya rəsmiləri arasında görüş baş tutub: razılıq əldə olunub

1 dəqiqə
KXDR və Cənubi Koreya rəsmiləri arasında görüş baş tutub: razılıq əldə olunub

Yanvarın 9-da Şimali və Cənubi Koreya nümayəndə heyətləri arasında görüş baş tutub.

Bu barədə Rusiya KİV-i məlumat verib. Məlumata görə, görüş  Pxanmuncom sərhəd məntəqəsində, qapalı şəkildə keçirilib.

Cənubi Koreya nümayəndə heyətinə Milli Birləşmə  naziri rəhbəri Cho Min Gun, Şimali Koreyanın nümayəndə heyətinə isə Sülh Birləşməsi Komitəsinin rəhbəri Li Son Quon rəhbərlik edib.

Əsas müzakirələrin görüşün başlıca səbəbi olan qış Olimpiya oyunları ətrafında aparıldığı bildirilir.

Ümumilikdə görüşdə razılaşmanın əldə olunduğu qeyd edilib. Belə ki, Şimali Koreya idmançıl, rəqqas, musiqiçi və aktyorlardan ibarət nümayəndə heyətini yarışa göndərəcək.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun