Donald Trump ABŞ prezidenti seçildi [yenilənir]

Donald Trump ABŞ prezidenti seçildi [yenilənir]
9 Noyabr 2016
Mətni dəyiş
ABŞ-da noyabrın 8-də keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.
Bu nəticələrə əsasən daşınmaz əmlak maqnatı, respublikaçı Donald Tramp Elektoral Kollegiyanın 270-dən çox səsini əldə edərək demokrat rəqibi, ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton üzərində qələbə qazanıb.
Donald Trampın qələbəsində mühüm yeri onun "Swing States" adlanan mühüm ştatların böyük əksəriyyətində qələbə qazanması olub. Belə ki, Virciniya ştatının qarşılığında Donald Tramp Florida, Ohayo, Şimali Karolina, Pensilvaniya və Yuta ştatlarında üstünlük əldə edərək həmin ştatlara aidə elektorları aktivinə əlavə edib.
Ənənəvi Respublikaçı ştatlarda da inamlı qələbə qazanan Donald Trampın ABŞ-ın 45-ci prezidenti olmasına heç maneə qalmır.
Qarşıdakı dəqiqələrdə Donald Trampın Nyu-Yorkda tərəfdarları qarşısına çıxaraq qalibiyyət nitqi söyləyəcəyi gözlənilir.
Prezidentliklə yanaşı, ilkin nəticələr Respublikaçılar Partiyasının Senat və Nümayəndələr Palatasında da əksəriyyəti ələ keçirdiyə işarə edir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun