Estoniyada parlament baş nazirə etimadsızlıq göstərib

Estoniyada parlament baş nazirə etimadsızlıq göstərib
10 Noyabr 2016
Mətni dəyiş
Estoniya Parlamentinin plenar iclasında baş nazir Taavi Rıyvasa etimadsızlıq üzrə səsvermə keçirilib.
Səsvermə zamanı parlamentin 63 deputatı baş nazirə etimadsızlıq göstərib, 28 nəfər isə qərarın əleyhinə çıxıb. Səsvermələr zamanı bitərəf olmayıb.
Qeyd edək ki, baş nazir Taavi Rıvays istefaya könüllü getməkdən imtina etdikdən sonra onun koalisiya tərəfdaşları – Sosial Demokrat Partiyası (SDE) habelə Vətən İttifaqı və Res Publica (IRL) etimadsızlıq rəyini dəstəklədiyini bildirmişdilər.
Baş nazirin istefası üçün ən azı 51 deputat etimadsızlıq rəyini dəstəkləməlidir.
Etimadsızlıq təşəbbüskarlarının fikrincə, Taavi Rıvays qətiyyyətsizliyi ilə Estoniyanı çıxılmaz vəziyyətə salıb. Onun rəhbərlik etdiyi hökumət ciddi və zəruri qərarlar qəbul edə bilməz.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun