Siyasət

Dələduzluqda təqsirləndirilən müstəntiq ev dustaqlığına buraxılıb

1 dəqiqə
Dələduzluqda təqsirləndirilən müstəntiq ev dustaqlığına buraxılıb

Dələduzluqda təqsirləndirilən Bakı şəhər Prokurorluğunun müstəntiqi Müşfiq Abbasov ev dustaqlığına buraxılıb. 

Bununla bağlı Səbail Rayon Məhkəməsi qərar çıxarıb. M.Abbasov ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

APA-nın məlumatına görə, bir müddət əvvəl Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Müşfiq Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələr ilə cinayət işi başlanıb.

M. Abbasov həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. O, həmin iş üzrə yekun qərarın qəbulunadək vəzifəsindən kənarlaşdırılıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun