Siyasət

Kəmaləddin Heydərov köməkçisini və bir neçə yüksək vəzifəli şəxsi işdən qovub

1 dəqiqə
Kəmaləddin Heydərov köməkçisini və bir neçə yüksək vəzifəli şəxsi işdən qovub

Son günlər Fövqəladə Hallar Nazirliyində (FHN) bir neçə yüksək vəzifəli şəxsin işdən azad olunması ilə bağlı məlumatlar yayılıb. 

Abzas.net xəbər verir ki, bu barədə yerli mətbuata ilk dəfə FHN-nin mətbuat katibi Oqtay Bayramov açıqlama verib. Vəzifəli şəxs deyib ki, FHN-dəki vəzifəsindən ayrılır.

Mətbuat katibi bildirib ki, onun FHN-dən getməsinin əsas səbəbi ailə məsələləri ilə bağlıdır.

Bu açıqlamadan sonra da FHN-də işdən çıxarılan vəzifəli şəxslərlə bağlı məlumatlar yayılmağa davam edib.

Məlumata görə, Oqtay Bayramovla yanaşı FHN-in ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Səbuhi Ağayev də vəzifəsindən azad olunub. O, eyni zamanda Kəmaləddin Heydərovun köməkçisi idi.

İddialara görə, FHN-də baş verən kütləvi ixtisarların kökündə külli miqdarda yeyinti faktları və etimad problemi dayanır.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun