Siyasət

Türkiyə ordusu İdlibə daxil olub

1 dəqiqə
Türkiyə ordusu İdlibə daxil olub

Türkiyə Silahlı Qüvvələrinin birləşmələri Suriyanın İdlib şəhərinə daxil olub. 

Abzas.net xəbər verir ki, bir müddət öncə Türkiyə Suriya ilə sərhəddə hərbi texnikanı cəmləşdirməyə başlamışdı. Bura hərbi nəqliyyat vasitələri, təcili yardım maşınları və s. aiddir.

Qeyd olunan nəqliyyat vasitələri Türkiyə hərbi kontingentinin İdlibdəki təhlükəsizlik zonasına yerləşdirilməsi prosesinə cəlb edilib.

Əməliyyat Suriyanın şimal-qərb hissəsində təhlükəsizlik rejiminə əməl olunması üzrə nəzarət zonasının yaradılması məqsədi ilə həyata keçirilir.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun