Siyasət

Çingiz Qənizadə: “Polis müstəntiqlərinin sayı mütləq artırılmalıdır”.

1 dəqiqə
Çingiz Qənizadə: “Polis müstəntiqlərinin sayı mütləq artırılmalıdır”.

“Polis müstəntiqlərinin sayı mütləq artırılmalıdır”.

Bu təkliflə deputat Çingiz Qənizadə çıxış edib. O  bildirib ki, bu gün Daxili İşlər Nazirliyində çalışan polis müstəntiqlərinin icraatında 20-25 material cinayət işləri var. Belə olan halda işin obyektivliyindən danışmaq çətin olur. Hər rayonda heç olmasa müstəntiqlərin sayı 2-3 nəfər artırılsın ki, bunun müsbət nəticələrini görək”.

Bundan əlavə, deputat iş adamlarının Gürcüstana üz tutmasının səbəbindən də danışıb: “Bu gün iş adamları Gürcüstana üz  tutur. Bunun səbəbini niyə araşdırmırıq?  Niyə Gürcüstan modelini Azərbaycanda tətbiq etmirik? Bizdən ora axın  vergi siyasətinə görədir. Biz daha çox iş yeri və daha az vergi siyasəti tətbiq etməliyik”.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun