Siyasət

Elmar Məmmədyarov 16 noyabrda həmsədrlərlə görüşəcək

1 dəqiqə
Elmar Məmmədyarov 16 noyabrda həmsədrlərlə görüşəcək

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 16-da həmsədrlərlə görüşəcək.

Abzas.net xəbər verir ki, bu barədə Elmar Məmmədyarov Bakıda monteneqrolu həmkarı Srdjan Darmanovic-lə görüşdən sonra keçirilən mətbuat konfransında danışıb.

"Noyabrın 16-da həmsədrlərə görüşəcəyəm", - deyə, nazir bildirib.

E.Məmmədyarov bildirib ki, görüş Rusiyanın paytaxtında baş tutacaq:

"Ondan bir neçə gün əvvəl isə Ermənistan prezidenti və mənim erməni həmkarım Moskvada olacaq. Təklif oldu ki, üçtərəfli görüş olsun. Hələlik dəqiq olan odur ki, mən həmsədrlərlə Moskvada görüşəcəyəm".

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun