Siyasət

Qırğızıstanın müxalifət lideri 8 il müddətinə azadlıqdan məhrum edilib

1 dəqiqə
Qırğızıstanın müxalifət lideri 8 il müddətinə azadlıqdan məhrum edilib

Qırğızıstanın müxalifət lideri Omurbek Tekebayev Bişkek məhkəməsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Abzas.net xəbər verir ki, avqustun 16-da məhkəmə muxalifət liderinin əmlakı müsadirə olunmaqla barəsində 8 il azadlıqdan məhrumetmə qərarı çıxarıb və 3 il müddətinə siyasi fəaliyyətlə məşğul olmağı qadağan edib.

Tekebayev Qırğızıstanın muxalifət partiyası olan "Ata Meken"-in lideridir. O, prezident Almazbek Atambayev-lə aralarında münaqişə yarandıqdan sonra, Bişkek hava limanında saxlanılaraq təhlükəsizlik xidmətinin təcridxanasına yerləşdirilmişdi. O, korrupsiya və fırıldaqçılıqad ittiham edilib.

2016-cı ilin yayına qədər Tekebayev Qırğızıstan prezidentinin müttəfiqi idi. Lakin baş nazirin səlahiyyətlərrini əhəmiyyətli dərəcədə artıran konstitusiya dəyişikliklərindən snra o müxalifətə keçdi.

Həmçinin Tekerbayev prezidentin impiçment prosedurunu başlatmağı təklif edərək, ölkə başçısı və onun ailəsinin korrupsiya əməllərinin araşdırılmasını tələb edirdi.

Siyasətçiyə, rusiyalı biznesmen, Dumanın keçmiş deputatı Leonid Mayevski-nin ifadələri əsasında ittihamlar təqdim edilmişdir.

Tərəfdaşları Tekebayev-in məhz siyasi fəaliyyətinə görə həbs olunduğunu bildirirlər. Partiya lideri qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürəcəyini deyirdi.

Qırğızıstanda 15 oktyabr tarixində prezident seçkiləri keçiriləcək.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun