AXCP Yasamal Rayon Şöbəsinin üzvü Üzeyir Abbasovun evinə yenidən polis əməkdaşları gəlib.
Abzas.net xəbər verir ki, bu barədə Üzeyir Abbasov Feysbuk sosial şəbəkəsində öz hesabından yazıb.
"Dostlar, məni Səbail rayon 8-ci polis bölməsinin əməkdaşları aparmağa gəliblər. Qapıdadırlar... Bunu yazıb qapını açıram və aparırlar... Sağ olun... Görüşənədək" - deyə o qeyd edib.

Üzeyir Abbasov bundan öncə də bir neçə dəfə saxlanılıb. Özünün bildirdiyinə görə, onu sosial şəbəkələrdə hakimiyyətin əlehinə olan tənqidi paylaşmalarına görə saxlayıblar.
Abbasov yaxın zamanlarda ard-arda bir neçə dəfə ağır beyin əməliyyatı keçirib.
![AXCP fəalının evinə polis gəldi: "Məni aparmağa gəliblər" [foto]](/_next/image?url=https%3A%2F%2Fs3.eu-central-1.amazonaws.com%2Fabzasmedia%2Fmedia%2Ffeatured_images%2F2022%2F07%2F02%2F303587_328129470599152_682717867_n.jpg&w=3840&q=75)