Siyasət

İlham Əliyev Gürcüstan XİN rəhbərini qəbul edib

1 dəqiqə
İlham Əliyev Gürcüstan XİN rəhbərini qəbul edib

Prezident İlham Əliyev sentyabrın 5-də Gürcüstanın xarici işlər naziri Mikheil Canelidze-ni qəbul edib.

Abzas.net xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat verib.

Mikheil Canelidze sentyabrın 6-da Bakıda keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşündə də iştirak edəcək.

Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlunun da Azərbaycana səfəri başlayıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun