Vatikan Trump üçün Allaha dua edir

Vatikan Trump üçün Allaha dua edir
10 Noyabr 2016
Mətni dəyiş
"Yeni prezidenti təbrik edir, quracağı hökumətin düzgün olmasını diləyirik".
Bu sözləri Vatikanın dövlət katibi (Baş nazir) Kardinal Pietro Parol deyib.
Təbrik ilə bərabər bir də xahişi olan Kardinal Parol, "Dualarımız, millətinə, vətəninə və təbii ki, eyni zamanda dünya sülhünə xidmət zamanı Tanrının onu işıqlandırması və dəstəkləməsi üçündür", - deyə qeyd edib.
Donald Trumpun seçki kampaniyası əsnasında immiqrantları "divar çəkərək qarşısını almaq" tezisinə, Papa Franciscusun, "Divarlar hörmək istəyən, Xristian ola bilməz" şəklində sərt çıxışı xatırladılan Parol namizədlik dövrü ilə prezidentliyin fərqli olduğunu ifadə edib və Trumpın necə rəhbər olacağını izləyəcəklərini söyləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun