Siyasət

2018-ci ildə AzTV-yə 31 milyon, İTV-yə 11 milyon manat ayrılacaq

1 dəqiqə
2018-ci ildə AzTV-yə 31 milyon, İTV-yə 11 milyon manat ayrılacaq

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) və İctimai Televiziya və Radio Yayımları Şirkətinə (İTV) gələn ilin dövlət büdcəsindən ayrılan vəsaitin həcmi açıqlanıb.

Abzas.net xəbər verir ki, 2018-ci ilin dövlət büdcəsi layihəsinə əsasən, AzTV-yə növbəti ildə 31 822 507, İTV-yə isə 11 618 112 manat vəsait nəzərdə tutulub.

Ötən illə müqayisədə AzTV-yə ayrılan büdcə 736 593, İTV-yə isə 302 640 manat artıb.

 

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun