Siyasət

Ankara Bələdiyyəsinə yeni sədr seçilib

1 dəqiqə
Ankara Bələdiyyəsinə yeni sədr seçilib

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi Mustafa Tuna Ankara Böyükşəhər Bələdiyyəsinin yeni sədri seçilib.

Abzas.net xəbər verir ki, bu barədə AKP baş katibinin müavini Erol Kaya məlumat verib.

Müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası namizəd irəli sürməyib.

Oktyabrın 28-də Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Melih Gökçek istefa verib. O, 23,6 il bu vəzifəni icra edib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun